
Rəsm və fotoşəkilləriniz avadanlıqlar vasitəsilə rəngli və 5 rəngli xalça şəklində toxunulur, Qeyri-adi, özəl bir hədiyyədir, insanlar ilk gördükləri zaman çox təsirlənirlər, FotoXalça döymə və boyama deyil, tamamilə toxunmadır.
Bu hədiyyənin bir bənzəri yoxdur, sadəcə hədiyyə etdiyiniz şəxs üçün xüsusi olaraq hazırlanır.
Əsas xüsusiyyətləri- 5 rəngli toxunma xalçada şəkildəki rənglər eynilə FotoXalçada istifadə olunmur, toxunmada insan bədəninə ən yaxın rənglərdən istifadə olunur (sümük, açıq qəhvəyi, bej, tünd qəhvəyi, qara). Rəngli toxunma xalçada isə eyni rənglərdən və ya yaxın rənglərdən istifadə olunur. Qətiyyən heç bir boyanma üsulundan (digital, vakuum və s) istifadə olunmur.
- FotoXalça 35sm X 45sm-dən başlayaraq 150sm X 225sm-ə qədər toxunulur. FotoXalçada istifadə olunan iplər polip, akril, ipək və yun qarışımlıdır
- FotoXalça rahat şəkildə yuyula və təmizlənə bilər. Rənglərdə solma, qarışma ola bilməz.
- FotoXalça uşaq otaqlarında da rahatlıqla istifadə edilə bilər, çünki sağlamlıq baxımından heç bir qorxusu yoxdur.
Hazırlanma, Ödəmə və Çatdırılmaİlk öncə biz sizdən fotonu e-mail vasitəsilə qəbul edirik. Daha sonra həmin fotoya uyğun sifariş olunacaq FotoXalça formasını sizə e-mail vasitəsilə göndəririk. Siz həmin FotoXalça formasına baxıb, bəyənib və təsdiq etdikdən sonra sizin sifarişiniz hazırlanmağa başlanılır. Sifariş edilən FotoXalça məhsulları hazırlanmadan öncə 50% ilkin ödəniş olunmalıdır. FotoXalça sifarişiniz 10-15 iş günü ərzində hazırlanıb Sizə çatdırılır. Əlavə məlumatlar üçün Bizimlə əlaqə saxlaya bilərsiniz.
| Ölçülər | 5 Rəngli Qiyməti (AZN) |
Rəngli Qiyməti (AZN) |
|---|---|---|
| 35X45 sm | 90 | - |
| 40X60 sm | 125 | - |
| 50X70 sm | 160 | 230 |
| 60X80 sm | 190 | 360 |
| 70X100 sm | 260 | 430 |
| 100X130 sm | 290 | - |
| 100X150 sm | 360 | 560 |
| 150X225 sm | - | 990 |